"Qarabağ" klubdan ayrılan futbolçusu Abdullah Zubirlə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, bu haqda klubun sosial şəbəkə hesablarında video paylaşılıb.
Paylaşımda deyilir:
"Qarabağ" formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, ABDULLAH ZUBİR !".
Xatırladaq ki, Abdullah Zubir 2018-ci ildən "Qarabağ"da forma geyinib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)