"Neftçi" yeni transfer etdi - (Foto)

16 Avqust 2026 16:01

"Neftçi" basketbol klubu Ramazan Qarayevi heyətinə qatıb.

Bu barədə Milli.Az-a klubun mətbuat xidmətindən bildirilib.

19 yaşlı basketbolçu ilə müqavilənin müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, 202 sm boya malik mərkəz oyunçusunun son klubu NTD olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)