İrandlı deputat: Tramp əks halda, özünü yemək maşınında gizlənməli vəziyyətdə tapa bilər

16 Avqust 2026 17:05

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı bitib-tükənməyən bleflər etməkdənsə, öz təhlükəsizliyi barədə narahat olmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran parlamentinin deputatı İbrahim Əzizi özünün X səhifəsində yazıb.

"Əks halda, özünü yemək maşınında gizlənməli vəziyyətdə tapa bilər", - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ankarada NATO sammitindən qayıdarkən İranın sui-qəsd təhlükəsi səbəbindən hava limanında istifadə olunan iaşə yük maşınının köməyi ilə başqa təyyarəyə keçirilmişdi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)