Messi penalti vura bilmədi, komandası darmadağın oldu

16 Avqust 2026 11:32

Avqustun 16-na keçən gecə MLS müntəzəm çempionatında argentinalı futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" "Neşvill"in qonağı olub

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Hani Muxtar dubl edib. Digər qolları isə Endi Naxar və Sem Sarric vurublar.

"İnter Mayami"nin heyətində Telasko Seqoviya fərqlənib. Məhsuldar ötürmə ilə yadda qalan Messi oyunun gedişatında penaltini qola çevirə bilməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)