Türkiyənin məşhur kurort bölgəsi yanır - (Foto)

16 Avqust 2026 10:13

Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində meşə yanğını başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Yanğın Yalancıboğaz ərazisinin sahil hissəsində, quru yolu ilə çatmağın mümkün olmadığı ərazidə alovlanıb, meşəlik əraziyə yayılıb.

Yanğının söndürülməsi üçün əraziyə havadan və qurudan texnika cəlb olunub. Mütəxəssislər yanğını nəzarət altına almağa çalışırlar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)