Bu gün İngiltərə Superkubokunun final matçı keçiriləcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İngiltərə kubokunun qalibi "Mançester Siti" ilə ölkə çempionu "Arsenal" üz-üzə gələcək.
Mövsümün ilk titulunu qazanmaq istəyən hər iki komanda üçün bu matç həm də yeni futbol ili öncəsi ciddi sınaq olacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qarşılaşma Uelsin Kardiff şəhərində yerləşən, 73 931 tamaşaçı tutumuna malik "Millennium" stadionunda keçiriləcək.
16 avqust
İngiltərə Superkuboku
"Mançester Siti" - "Arsenal".
Saat: 18:00.
"Millennium" stadionu, Kardiff.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)