Urmiya gölü qırmızı rəngə boyandı

16 Avqust 2026 10:29

Urmiya gölünün qırmızı rəngin müxtəlif çalarlarına boyandığı müşahidə olunub.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat verib.

Qərbi Azərbaycan əyalətinin Ətraf Mühiti Qoruma İdarəsinin baş direktoru Urmiya gölünün bəzi hissələrində suyun rənginin dəyişməsinə münasibət bildirib.

O deyib ki, bu hal göldə duzluluğun artması və ətraf mühit şəraitinin dəyişməsi ilə bağlı ola bilər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)