Misli Premyer Liqasının I turunda bu gün daha iki matç baş tutacaq.
Milli.Az-ın məlumatına görə, günün ilk oyunu Sumqayıtdadır. Eyni adlı komanda "SOCAR Polymer Arena"da "Neftçi"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
Digər qarşılaşmada "Zirə" evdə Premyer Liqanın debütantı "Şəfa" ilə qarşılaşacaq. Görüş saat 21:00-da start götürəcək.
Misli Premyer Liqası
I dövrə, I tur
16 avqust
19:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"SOCAR Polymer Arena"
21:00. "Zirə" - "Şəfa"
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0). "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan"-"İmişli" matçında hesab açılmayıb. Tura avqustun 17-də yekun vurulacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)