Türkiyə Super Liqası: “Fənərbaxça” ilk turda məğlub olub

16 Avqust 2026 01:00

Türkiyə Super Liqasında I tur davam edir.

Milli.Az xəbər verir ki, bu gün daha bir nəhəng xal itirib.

"Fənərbaxça" səfərdə "Gençlerbirliyi" ilə bacarmayıb.

Oyunda hesab erkən açılıb. Talişka "sarı-lacivərdlilər"i önə keçirib. Lakin hissənin sonlarında Franko Tonqya hesabı bərabərləşdirib.

İkinci yarı qarşılıqlı hücumlar şəraitində keçib. Oğulcan Ülgün vurduğu qolla meydan sahiblərinə qələbə qazandırıb - 2:1.

Qeyd edək ki, tura avqustun 17-də yekun vurulacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)