Müğənni Aysun İsmayılova ona ünvanlanan maraqlı suala verdiyi cavabla diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçiyə mərhum dünya ulduzu Maykl Ceksona bənzədilməsi ilə bağlı sual verilib. Aysun İsmayılova bu fikirlə tez-tez qarşılaşdığını bildirib.
"Mənə çox adam, dostlarım da deyir, yazırlar. Hətta balaca bacım Mehrimah da deyir ki, ona oxşayırsan deyə səni sevirəm. Mən də deyirəm ki, nə olaydı, bəxtim, taleyim, şöhrətim onun kimi olardı, dünyada tanınaydım onun kimi", - deyə müğənni bildirib.
Aysun İsmayılovanın məşhur sənətçiyə bənzədilməsi ilə bağlı səmimi etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onun açıqlaması ilə bağlı müxtəlif fikirlər bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)