"Qalatasaray" "Napoli"nin vinger Noa Lanqı heyətinə qatmaq üçün hərəkətə keçib.
Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi niderlandlı futbolçunu icarəyə deyil, birdəfəlik transfer etmək niyyətindədir.
İtaliya klubu 26 yaşlı vinger üçün 20 milyon avro tələb edir. "Cim-Bom" isə bu transferi 15 milyon avroya rəsmiləşdirməyi planlaşdırır.
Tərəflər arasında məbləğ üzərində danışıqlar davam edir.
Qeyd edək ki, N. Lanq ötən mövsüm ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirib. O, burada 19 oyunda 2 qol vurmağı bacarıb. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)