İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)