Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

15 Avqust 2026 21:57

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"İndoneziyada baş vermiş, insan tələfatı və çoxsaylı yaralılarla nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin dövrdə düşüncələrimiz İndoneziya xalqı və hökuməti ilədir", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında İndoneziyanın şərq hissəsində 7,7 bal gücündə güclü zəlzələ baş verib. Yeraltı təkanların episentri yerli vaxtla saat 05:58-də (Bakı vaxtı ilə saat 01:58-də) Flores adasının sahilləri yaxınlığında, kiçik dərinlikdə qeydə alınıb. Episentr Şərqi Nusa-Tenqara əyalətində yerləşən Ende şəhərindən 68 kilometr məsafədə olub.

Son məlumata görə, İndoneziyada 7,7 bal gücündə zəlzələ nəticəsində azı 38 nəfər həlak olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)