Beşiktaşdan Necip Uysala vida

15 Avqust 2026 21:13

Beşiktaşın təcrübəli futbolçusu Necip Uysal Super Liqada sabah keçiriləcək "Eyüpspor" matçından əvvəl peşəkar futbol karyerasını başa vuracaq.

Milli.Az xəbər verir ki, sabahkı "Eyüpspor" matçından əvvəl Necip Uysal üçün vida şənliyi keçiriləcək.

Karyerası ərzində Beşiktaşdan başqa heç bir komandada forma geyinməyən Necip Uysal üçün klub bu mesajı paylaşıb:

"22 il əvvəl kiçik bir uşaq olaraq atdığın addım bu gün Beşiktaş tarixinə qızıl hərflərlə yazılıb. Aşağı yaş qrupumuzdan yetişən, tariximizin ən çox forma geyinənlərindən və ən uzun müddət kapitanlığımızı edən Beşiktaşın uşağı Necip...

10 kubokla taclanan bu nəhəng sədaqət hekayəsi üçün sonsuz təşəkkürlər!"

Beşiktaşın uşağı Necip Uysal Beşiktaşına və futbola vida edir, böyük Beşiktaş ailəsi də sabah "Eyüpspor" matçından əvvəl təntənəli şəkildə ona vida edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)