Bəhram Bağırzadənin kuryerə verdiyi 200 manat gündəm oldu - (Video)

15 Avqust 2026 22:12

Əməkdar artist Bəhram Bağırzadə kuryeri təəccübləndirib.

Milli.Az xəbər verir ki, aktyor cəmi 100 metr məsafədən kuryer vasitəsilə sifariş verib. Sifarişi çatdıran kuryer B.Bağırzadəni qarşısında görəndə təəccüblənib.

Aktyor isə kuryerə 200 manat bəxşiş verib. Bu məbləği görən kuryer təəccüblə "Ciddisiniz" deyə soruşub.

B.Bağırzadə isə "Sür, get" cavabını verərək kuryeri yola salıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)