"Oğlum kinorejissorluq üzrə təhsilini bitirib. Bir müddətdən sonra mənə "Hollivuda getmək istəyirəm" dedi. Los-Ancelesdədir. Artıq 2 il olur. Onun üçün çox darıxıram. Hazırda kliplər, reklam çarxları çəkir. Film sektoruna hələ keçid etməyib. Çünki bunun üçün müəyyən bir müddət lazımdır. Hazırda orada yaşayış icazəsi almaq üçün çalışır. Qızım isə 2-ci kurs tələbəsidir. Pianoçu olacaq. Onun da Avropada oxumaq xəyalları var".
Milli.Az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova "Yüzünü güneşe dönenler" verilişində deyib. Aktrisa ailəsi ilə bağlı sualları cavablayıb:
"Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq. Bizim ölkələrdə çaldıq-çalmadıq, hər evdə pianino var. Oğlumun pianino çalmağını çox istəyirdim, amma qızım sevdi. Türkiyəyə gələndən sonra musiqi ilə sona qədər məşğul olmadığım üçün peşman oldum. Çünki Azərbaycandakı şərait Türkiyədə yoxdur. Orada hər addımbaşı musiqi məktəbi var. Türkiyədə isə qızım üçün özəl müəllim tutmalı olduq". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)