Premyer Liqa: "Araz-Naxçıvan" - "İmişli" oyununda qalib müəyyənləşməyib

15 Avqust 2026 20:53

Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

Milli.Az-ın məlumatına görə, günün ilk matçında "Araz-Naxçıvan" "İmişli"ni qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qolsuz başa çatıb.

Günün ikinci görüşündə "Kəpəz" "Sabah"ın qonağı olacaq.

Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0. I turun digər matçları avqustun 16-17-si keçiriləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)