"Barselona" klubunun vingeri Lamin Yamal 19 yaşının tamam olması münasibətilə təşkil edilən "Pink Party"dən (çəhrayı əyləncə gecəsi) foto və videolar paylaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, idmançının doğum günü DÇ-2026 zamanı İspaniya yığmasının düşərgəsində olduğu vaxta, iyulun 13-nə təsadüf etmişdi. Bu səbəbdən Lamin bayram tədbirini məhz bu həftə həyata keçirib.
Doğum günü tədbiri "Pink Party" formatında baş tutub. Qonaqlar arasında Yamalın klub yoldaşları Frenki de Yonq, Qavi və Ferminlə yanaşı, İspaniyanın məşhur musiqiçiləri və sənətçiləri də yer alıblar.
Laminin sevgilisi İnes Qarsiya əyləncə gecəsinə qısa, parlaq çəhrayı rəngli libasda qatılıb, səbəbkar özü isə eyni rəngdə köynək geyinib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)