ABŞ-da universitet kampusunda atışma - 5 yaralı var

15 Avqust 2026 19:03

ABŞ-nin Virciniya Dövlət Universitetində atışma baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə universitetin kampusunda qeydə alınıb.

Polisin məlumatına görə, silahlı atışma zamanı beş nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Universitetin açıqlamasında atışmada bir neçə şübhəlinin iştirak etdiyi bildirilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)