Ucarda qəza - 6 nəfər xəsarət alıb - (Foto)

15 Avqust 2026 18:12

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Hyundai" markalı minik maşını toqquşub.

Nəticədə 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)