"Beşiktaş" müdafiəçisini göndərdi - (Foto)

15 Avqust 2026 18:35

Türkiyənin "Beşiktaş" klubu futbolçu Feliks Uduohayla yollarını ayırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını İtaliyada davam etdirəcək.

Oyunçu "Montsa" klubu ilə anlaşıb.

Xatırladaq ki, Feliks Uduohay 2025-ci ildən "Beşiktaş"da çıxış edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)