"Amazon"un qurucusu Ceff Bezosun qızı İbizada görüntülənib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, o, Ushuaia İbizada Diplo-nun çıxış etdiyi musiqi gecəsinə qatılıb. Gecədən sonra birbaşa hava limanına yollanan Bezosun qızının geyimi də diqqətdən yayınmayıb.
Onun seçdiyi açıq-saçıq geyim sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Paylaşılan görüntülər qısa müddətdə istifadəçilərin diqqətini çəkib və şərh bölməsində müxtəlif fikirlər səsləndirilib.
Bəzi istifadəçilər geyim tərzini maraqla qarşıladıqlarını bildiriblər, digərləri isə onun seçimini tənqid ediblər.
İbizadakı gecədən hava limanına gedərkən lentə alınan görüntülər sosial mediada maraq doğuran paylaşımlardan birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)