Türkiyədə partlayış: Ölən və yaralananlar var

15 Avqust 2026 14:37

Türkiyənin Manisa vilayətinin Salihli rayonunda yerləşən sənaye zonasında fəaliyyət göstərən oksigen balonlarının doldurulması məntəqəsində güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə NTV telekanalı məlumat yayıb.

Ətrafdakıların məlumatı əsasında hadisə yerinə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşı cəlb edilib.

Qəza nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Partlayışdan sonra müəssisənin ərazisindən səmaya qatı tüstü qalxıb.

"Vilayətimizin Salihli rayonunun Atatürk məhəlləsində fəaliyyət göstərən Kavas Oksigen Doldurma məntəqəsində 15.08.2026-cı il tarixində saat 08:27 radələrində baş verən yanğına dərhal ilkin müdaxilə edilib. Hazırda 4 müdaxilə qrupu, 6 yanğınsöndürmə briqadası, 6 təcili tibbi yardım briqadası, 6 asayiş patrul qrupu və 1 axtarış-xilasetmə qrupu ilə alovun söndürülməsi istiqamətində işlər davam etdirilir", - deyə Manisa Valiliyinin açıqlamasında bildirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)