İspaniyanın "Atletiko" klubu Argentina millisinin futbolçusu Kristian Romeronu heyətinə qatıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.
28 yaşlı müdafiəçi İngiltərə təmsilçisi "Tottenhem"dən transfer edilib.
Xatırladaq ki, Kristian Romero 2022-ci ildən London komandasının formasını geyinib. O, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)