Azərbaycanlı müğənni Pəriyar Məmmədova döyüldüyünü açıqlayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb:
"İki nəfər şəxs mənim ünvanıma nalayiq sözlər ifadə etdilər. Sonra isə həmin iki nəfər tərəfindən köməksiz vəziyyətimdən istifadə edərək döyüldüm, fiziki zorakılığa məruz qaldım. Alnım şişib, gözümün altı göyərib, bədənim qollarım hematoma olub, barmağım isə travma alıb".
Pəriyar Məmmədova hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib və təqsirkarların tapılmasını istəyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)