Məşhur türk serialı final edir?

15 Avqust 2026 17:01

Türk istehsal "Kızılcık Şerbeti" serialının prodüseri Faruk Turgut son günlər  yayılan iddialara cavab verib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, Turgut açıqlamasında "Bəzi sosial media platformalarında serialımızın bitdiyi barədə xəbərlər davamlı olaraq gündəmə gətirilir. Bu xəbərlər doğru deyil. 5-ci mövsümün çəkilişləri avqustun 25-də başlayır. Sentyabrın 18-də ekranlarda olacağıq. Görüşənədək" deyə bildirib.

Beləliklə, prodüser serialın final edəcəyi ilə bağlı iddiaları təkzib edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)