Evdən 21 yaşlı qızın meyiti tapıldı

15 Avqust 2026 11:11

Astarada gənc qızın meyiti tapılıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Şüvi kəndində baş verib.

Kənd sakini olan 21 yaşlı Aytən Əliyevanın meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bilinmir.

Araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)