Misli Premyer Liqasında I turun daha iki oyunu bu gün baş tutacaq.
Milli.Az xəbər verir ki, saat 18:30-da start götürəcək ilk matçda "Araz-Naxçıvan" "İmişli" ilə gücünü sınayacaq.
Günün ikinci görüşündə isə "Kəpəz" "Sabah"ın qonağı olacaq. Bu oyunun başlama vaxtı 20:45-dir.
Misli Premyer Liqası
I dövrə, I tur
15 avqust (şənbə)
18:30. "Araz-Naxçıvan" - "İmişli"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
20:45. "Sabah" - "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena"
Qeyd edək ki, turun açılış qarşılaşmasında "Turan Tovuz" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)