İndoneziyada baş verən güclü zəlzələ nəticəsində 47 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
Təbii fəlakət nəticəsində 157 ev, 18 xəstəxana, 5 məktəb və 6 dövlət binasına ciddi ziyan dəyib. Təxminən 2 min nəfər təhlükəli ərazidən təxliyə olunub. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.
Maqnitudası 7,7 olan zəlzələ ölkənin şərqində yerləşən Flores adasında baş verib. Zəlzələdən sonra bölgədə 110-dan çox afterşok qeydə alınıb.
------------
İndoneziyanın şərqindəki Flores adası sahillərində baş vermiş 7,7 bal gücündə zəlzələ və ardınca qeydə alınan bir neçə güclü təkan nəticəsində ölənlərin sayı beşə yüksəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanları məlumat verib.
Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Melki Laka Lena Kupanqda keçirdiyi mətbuat konfransında bildirib ki, beş nəfər həyatını itirib, bir sıra binalar və yaşayış evləri zərər görüb, bəzi yollar isə torpaq sürüşmələri nəticəsində bağlanıb və ya istifadəyə yararsız hala düşüb. O əlavə edib ki, dağıntıların tam miqyasını müəyyənləşdirmək üçün məlumatların toplanması davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)