İsmayıllıda maşınlar suyun altında qaldı (Video)

15 Avqust 2026 00:22

İsmayıllı rayonunun Çayqovuşan kəndinə sel gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Bildirilib ki, kənddə yerləşən şəlaləyə aparan yol tamamilə sel sularının altında qalıb.

Nəticədə ərazidə olan nəqliyyat vasitələri suyun içində çarəsiz vəziyyətdə qalıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)