Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı

15 Avqust 2026 00:19

Azərbaycanda cari ilin ilk altı ayı ərzində nikah bağlandıqdan sonra 18 kişi həyat yoldaşının soyadını qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)