Kamil Zeynallının qızı ilə səmimi anları bəyənildi - (Video)

16 Avqust 2026 12:35

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı qızı ilə paylaşdığı görüntülərlə izləyicilərinin diqqətini çəkib.

Milli.Az xəbər verir ki, idmançının övladı ilə keçirdiyi səmimi anları əks etdirən kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Ata-balanın mehriban münasibəti izləyicilərin də diqqətindən yayınmayıb. Paylaşımın şərh bölməsində istifadəçilər onların münasibətini təqdir edən çoxsaylı fikirlər yazıblar.

Kamil Zeynallının qızı ilə görüntüləri sosial şəbəkədə maraq doğuran paylaşımlardan birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)