Prodüser Pavel Rudçenkonun fikrincə, Alla Puqaçova özəl tədbirlərdə iştiraka görə təxminən 10 milyon rubl( 200 min manat ) qonorar ala bilər.
Milli.Az xəbər verir ki, o, açıqlamasında ehtimal edib ki, müğənni gələcəkdə əsas gəlirini konsert çıxışlarından deyil, tədbirlərdə sadəcə iştirak etməsindən əldə edə bilər.
Rudçenkonun sözlərinə görə, yekun qonorar tədbirin keçirildiyi məkandan, formatından və şərtlərindən asılı ola bilər. Bununla yanaşı, Puqaçovanın tam proqramla çıxış etməsi də vacib deyil: söhbət tədbirdə görünməkdən və ya qonaqlarla birlikdə bir mahnı ifa etməkdən gedə bilər. (olay)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)