Ermənistan Prezident Administrasiyasına yeni rəhbər təyin olundu

14 Avqust 2026 22:26

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Xaçatur Poqosyanı Prezident Administrasiyasının rəhbəri təyin edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin imzaladığı fərmanda bildirilib.

Sənədə əsasən, təyinat Ermənistan Konstitusiyasının 139-cu maddəsinin 1-ci hissəsi və "Dövlət qulluğu haqqında" qanunun 9-cu maddəsinin 11-ci hissəsi nəzərə alınmaqla həyata keçirilib.

Qeyd edək ki, Xaçatur Poqosyan bundan əvvəl Ermənistan Prezident Administrasiyasının rəhbərinin müavini olub və rəhbərin səlahiyyətlərini icra edib. O, bu vəzifədə uzun müddət çalışıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)