"Qızıl Qaya" kafesi tamamilə yandı

14 Avqust 2026 18:26

Sumqayıt şəhərində fəaliyyət göstərən kafe yanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Məlumata görə, Anar Xanhüseyn oğlu Mirzəliyevin icarəsində olan, ümumi sahəsi 200 kvadratmetr təşkil edən "Qızıl Qaya" kafesi tamamilə yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)