Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 kişi, 2 qadın) 14 avqust tarixində saat 11.00 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.
"Yaralılara bədənin müxtəlif nahiyələrin yumşaq toxumalarının əzilməsi və əzilmiş, cırılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.
--------------
Göyçay rayonunda üç minik avtomobili toqquşub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayon mərkəzində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)