"Şakşuka" mahnısı ilə məşhurlaşan türkiyəli müğənni Tarık Mengüç xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, 54 yaşlı sənətçinin bağırsaqlarında kütlə aşkarlanıb. Onun həyat yoldaşı Funda Mengüç bildirib ki, əvvəlcə vəziyyətin appendisit olduğu düşünülsə də, müayinələr zamanı bağırsaqlarda kütlə müəyyən edilib.
Həkimlər tərəfindən lazımi tibbi müdaxilələrin həyata keçirildiyi, hazırda isə patoloji müayinənin nəticəsinin gözlənildiyi açıqlanıb.
Tarık Mengüç xəstəxanadan paylaşdığı videoda səhhətinin yaxşı olduğunu deyib:
"Appendisit olduğunu düşünərək xəstəxanaya gəldim, amma appendiksin arxasında kütlə aşkarlandı. Patoloji nəticələri iki həftə ərzində bəlli olacaq. Ən qısa zamanda sizinlə yenidən görüşəcəyəm. Xahiş edirəm, məni dualarınızda unutmayın" .
Sənətçinin həyat yoldaşı isə ailə üçün çətin günlər yaşandığını bildirərək patoloji nəticələrinin xoş olacağına ümid etdiyini deyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)