Müğənni Roza Zərgərli Şuşada baş tutan solo konsertindən sonra Bakıya qayıdarkən yaşadığı duyğusal anları sosial şəbəkədə paylaşıb.
Milli.Az xəbər verir ki, sənətçi yol boyu mərhum sənətkar Səxavət Məmmədovun ifasında səslənən "Azad bir quşdum" mahnısına qulaq asıb. Mahnını dinləyərkən kövrələn Roza Zərgərli göz yaşlarını saxlaya bilməyib.
Sənətçinin həmin anları əks etdirən görüntüləri sosial şəbəkədə maraqla qarşılanıb. Paylaşım izləyicilər arasında müzakirələrə səbəb olub və çoxsaylı rəylər alıb.
Roza Zərgərlinin mahnının təsiri ilə yaşadığı duyğusal anlar onun izləyicilərinin də diqqətini çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)