Tacikistanda 5.5 bal gücündən zəlzələ baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Nüvə Mərkəzi Geofiziki Tədqiqatlar İnstitutu Məlumat Mərkəzindən bildirilib. Qeyd edilib ki, yeraltı təkanlar avqustun 14-ü Bakı vaxtı ilə 07:39-da qeydə alınıb.
Zəlzələnin episentri 38.77 dərəcə şimal enliyi və 69.86 dərəcə şərq uzunluğunda yerləşib.
Yeraltı təkanlar nəticəsində hər hansı xəsarət alanların və ya dağıntıların olması barədə hələlik heç bir məlumat daxil olmayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)