"Qalatasaray" onun üçün rəsmi təklif göndərib

14 Avqust 2026 19:49

Türkiyənin "Qalatasaray" klubu Rusiyanın "Lokomotiv" (Moskva) komandasında çıxış edən Aleksey Batrakov üçün rəsmi təklif göndərib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçiyə görə 25+3 milyon avro təklif edib.

Xatırladaq ki, "Lokomotiv"in yetirməsi olan Aleksey Batrakov 2024-cü ildən əsas komandadadır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)