145 nəfərin olduğu təyyarədə qorxulu anlar - Pilot narkoman imiş - (Video)

14 Avqust 2026 17:45

"Air India"nın Phuketdən Yeni Dehliyə uçan sərnişin təyyarəsində yaşanan təhlükəli hadisə ilə bağlı yeni detallar üzə çıxıb.

Milli.Az xəbər verir ki, avqustun 4-də AI2379 reysini yerinə yetirən "Airbus A320neo" təyyarəsində 137 sərnişin və 8 ekipaj üzvü olmaqla ümumilikdə 145 nəfər olub.

Uçuş zamanı təyyarə qəfil təxminən 300 fut - 90 metr hündürlük itirib. Hadisə nəticəsində 13 sərnişin və 4 ekipaj üzvü xəsarət alıb. 

"The Times of India"nın məlumatına görə, hadisə zamanı təyyarə kapitanının vəziyyəti ekipajın diqqətini çəkib. Onun ayaq üstə dayanmaqda və tarazlığını saxlamaqda çətinlik çəkdiyi, ekipaj üzvlərinin kapitana kömək göstərdiyi bildirilir. Kritik anda ikinci pilot idarəetməni nəzarətdə saxlayıb.

Milli.Az