"Microsoft"un qurucusu Bill Qeytsin 23 yaşlı qızı Fibi Qeyts "cookie stuffing" adlı dələduzluq sxemində iştirak etməkdə ittiham olunur.
Milli.Az xəbər verir ki, iddialar təsdiqlənərsə, onun 20 ilədək həbs cəzası ilə üzləşə biləcəyi bildirilir.
"Bloomberg"in araşdırmasına görə, Qeytsin yaratdığı "Phia" brauzer genişləndirilməsi istifadəçi alış etməsə belə tərəfdaş "cookie"lərini avtomatik quraşdıraraq şirkətə komissiya qazandırıb.
Məlumata görə, iyulda bu funksiyanın deaktiv edilməsindən sonra "Phia"nın gündəlik gəliri 80 min dollardan 10 min dollara düşüb.
Şirkət mübahisəli funksiyanın ləğv edildiyini və yanlış hesablanan komissiyaların tərəfdaşlara qaytarıldığını açıqlayıb.
Hüquqşünasların sözlərinə görə, bu əməl ABŞ-da elektron dələduzluq kimi qiymətləndirilə və 20 ilədək həbs cəzası nəzərdə tuta bilər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)