Əməkdar artist Dilarə Əliyevanın nəvəsi Şəfəq ilk doğum gününü qeyd edib.
Milli.Az xəbər verir ki, aktrisa nəvəsinin 1 yaşını ailə üzvləri ilə birlikdə qeyd edib. Dilarə Əliyeva özəl gündən çəkilən görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Paylaşılan fotolarda sənətçinin qızları Aytən və Banu, kürəkəni, nəvələri və digər ailə üzvləri yer alıb.
Dilarə Əliyeva paylaşımında nəvəsinə xoş arzularını çatdıraraq yazıb:
"Nəvəm Şəfəqin 1 yaşı oldu! Bu 1 ildə ulduz da oldu. Həmişə şəfəq kimi parla!".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)