Aktyor Azər Aydəmir "Əqrəb mövsümü" serialının ilk mövsümündən sonra aktyor Hikmət Rəhimovun layihədən uzaqlaşmasından danışıb:
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu barədə "Astar" layihəsində danışıb. Aydəmir aktyorla prodüser arasında anlaşılmazlıq yarandığını bildirib:
"İlk mövsümdən sonra Hikmət prodüserlərlə yollarını ayırdı. Problemləri səsləndirmək istəmirəm. Çünki Hikmət özü bunu səsləndirmir. İnsanın tələbləri olur. Bu tələblər tam halda qarşılana bilmədi. Bunun da müəyyən səbəbləri var idi. Nəticədə Hikmət öz, prodüserlər öz sözündə qaldı".
Azər Aydəmir Hikmət Rəhimovla münasibətlərinin yaxşı olduğunu və yaxın zamanda bir filmdə də tərəf müqabili olduqlarını vurğulayıb:
"Hikmətlə münasibətlərim çox gözəldir. Bu yaxınlarda bir filmdə də tərəf müqabili olduq. Bundan sonra da tamaşaçılar bizi bir yerdə çox görəcək".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)