Ötən gün "Dinamo" ilə oyundan sonra stadiondan ayrılan "Qarabağ"ın qapıçısı Mateuş Koxalski ilə bir qrup azyaşlı azarkeş arasında insident yaşanıb.
Milli.Az konkret.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlarda azyaşlıların Koxalskiyə qarşı xoşagəlməz ifadələr işlətdiyi və futbolçunun avtomobilinə toxunduğu görünür. Bu davranış qapıçının narazılığına səbəb olub.
Koxalskinin uşaqlara etiraz etdiyi və yaranmış vəziyyətə reaksiya verdiyi əks olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)