Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olundu - (Foto)

14 Avqust 2026 11:15

Xəbər verdiyimiz kimi, ötən gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı zamanı 1 nəfər xəsarət alıb.

TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə bu gün saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

"Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda qeyd olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)