Kolumbiyada zəlzələ qurbanlarının sayı artdı

14 Avqust 2026 11:48

Avqustun 10-da Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artaraq 281 nəfərə yüksəlib.

Milli.Az xəbər verir ki, təbii fəlakət nəticəsində 3 971 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Daha 379 nəfərin taleyi isə hələlik məlum deyil.

Ən çox itki Kali şəhərində qeydə alınıb. Burada zəlzələ nəticəsində 96 nəfərin öldüyü təsdiqlənib.

Qeyd edək ki, 7,4 maqnitudalı zəlzələ avqustun 10-da ölkənin qərbində yerləşən Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib.

Bundan əvvəl zəlzələ nəticəsində 273 nəfərin öldüyü açıqlanmışdı.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)