Rus bloqer Qazaxıstandan qovuldu

14 Avqust 2026 11:59

Astana polisi "Qazaxıstana qarşı dağıdıcı və təxribatçı ifadələr işlədən, xüsusən də Qazaxıstan şəhərlərinin ərazi bütövlüyünə və dövlətçiliyinə şübhə ilə yanaşan" xarici vətəndaşın deportasiya olunduğunu bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Kseniya Quzayeva ad-soyadlı bloqer qız Qazaxıstan vətəndaşlarına, ölkənin mədəniyyətinə və adət-ənənələrinə qarşı "stereotiplər" yaratmaqda ittiham olunub.

Qeyd olunur ki, polis onun sosial media səhifələrini izləyərkən "təxribatçı" şərhlər aşkar edib. Ona qarşı inzibati iş açılıb, cərimə tətbiq edilib, ölkədən deportasiya edilib və beş il müddətinə Qazaxıstana girişi qadağan edilib.

Polis Quzayevaya qarşı inzibati işin başlanmasına səbəb olan hansı ifadələr işlətddiyini dəqiqləşdirməyib. "Azattyq Asiya"nın məlumatına görə, o, Astananın mərkəzindəki insanların "viqvamlarda (hindu çadırlarında) yaşamalı və at sürməli" olduğunu deyib. Başqa bir verilişdə o, qazaxları rus dilini bilmədikləri üçün "pis" adlandırıb.

RİA Novosti-nin məlumatına görə, sözügedən striminqçi Kseniya Quzayevadır (Fasoollka) öz striminqlərində Qazaxıstanı "Ştrafostan", Astananı "kənd" adlandırıb və "Pavlodar bizimdir" deyib. "Bizimki kimi səslənir, Qazaxıstan ola bilməz. Bəs niyə Pavlostan olmasın?", - öz yanından Qazaxıstana ərazi iddiası irəli sürən qız bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)