Ötən gecə paytaxtın Suraxanı rayonu ərazisində - Aeroport yolu kimi tanınan şossedə minik avtomobili ilə marşrut avtobusu toqquşub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 150 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusla "Opel" markalı maşının toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)