Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

14 Avqust 2026 10:36

UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" klub rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözel oyunçulara "premiya" sözü verib.

O, futbolçulara qrupa düşəcəkləri halda 1 milyon manat mükafat ayıracağını bildirib.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" komandası ilə qarşılaşacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)